Floyd Meyvezer tarixin ən çox qazanan boksçusudur

1 Aprel 2026 21:55
211
Floyd Meyvezer tarixin ən çox qazanan boksçusudur

49 yaşlı keçmiş beş çəki dərəcəsində dünya boks çempionu Floyd Meyvezer tarixin ən çox qazanan boksçusu olub.

İdman.Biz bildirir ki, siyahını nüfuzlu Sportico portalı tərtib edib.

Sportico-ya görə, tarixin ən çox qazanan boksçuları:

1. Floyd Meyvezer (inflyasiya nəzərə alınmaqla 1,57 milyard dollar; nəzərə alınmamaqla 1,16 milyard dollar).
2. Mayk Tayson (1 milyard dollar; 495 milyon dollar).
3. Saul “Kanelo”" Alvarez (870 milyon dollar; 760 milyon dollar).
4. Menni Pakyao (815 milyon dollar; 595 milyon dollar).
5. Corc Formen (740 milyon dollar; 360 milyon dollar).
6. Oskar de la Hoya (720 milyon dollar; 415 milyon dollar).
7. Evander Holifild (675 milyon dollar; 320 milyon dollar)

İdman.Biz