Rusiyalı dünya çempionu amerikalını ilin ən yaxşı boksçusu adlandırıb

Xəbərlər
27 Dekabr 2023 21:44
177
Rusiyalı dünya çempionu amerikalını ilin ən yaxşı boksçusu adlandırıb

Orta çəki dərəcəsində WBA və IBO versiyaları üzrə dünya çempionu Dmitri Bivol “İlin ən yaxşı boksçusu” sorğusunda iştirak edib.

İdman.biz xəbər verir ki, sorğuda rusiyalı döyüşçü ilin ən yaxşı boksçusu kimi amerikalı Terens Kroufordu seçib.

Krouford bu il həmyerlisi Errol Spensi vaxtından əvvəl məğlub edərək orta çəkidə mütləq dünya çempionu olub.

Qeyd edək ki, Dmitri Bivolun peşəkar boksdakı rekordu 22-0 hesablı qələbəsi ilə yadda qalıb. Rusiyalı idmançı son döyüşünü isə dekabrın 23-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda britaniyalı Lindon Artura qarşı keçirib. 12 raundun yekunlarına əsasən, Bivol qalib elan edilib.

İdman.biz