Yeniyetmə boksçular arasında Azərbaycan çempionatı başa çatıb

1 Mart 2026 17:10
83
Yeniyetmə boksçular arasında Azərbaycan çempionatı başa çatıb

Yeniyetmə boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

İdman.Biz Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yeddi gün davam edən yarışda ölkənin müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən 82 komandanın 459 boksçusu mübarizə aparıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərində oğlanlarda 14, qızlarda isə 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Şükar Əliyev çempionatın ən yaxşı boksçusu, ekvadorlu Coşua Tobar Lomas isə ən yaxşı hakim seçilib.

Komanda hesabında “Neftçi” İdman Klubu dörd qızıl, dörd gümüş və üç bürünc medalla birinci yeri tutub. Gəncə komandası (3-0-3) ikinci, Respublika Kompleks İdman Məktəbi (2-1-1) isə üçüncü pillədə qərarlaşıb.

Oğlanlar arasında Azərbaycan çempionları:

Aydın Şahbazov (44 kq), Həsrət Məmmədov (46 kq), Vaqif Məhəmmədli (48 kq), Qardaş Rəhimov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Rəhman Bayramlı (54 kq), Məhəmmədəli İstamov (57 kq), Tunar Mehdiyev (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Adəm Aslanov (70 kq), Şükar Əliyev (75 kq), Saleh Fərəcov (80 kq) və Mehran Rəsulov (+80 kq).

Qızlar arasında Azərbaycan çempionları:

Nigar Babazadə (44 kq), Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (50 kq), Alsu Yafarova (52 kq), Cəmilə Muradlı (57 kq), Zöhrə İmanova (63 kq), Fidan Bakarova (66 kq) və Xumar Cəfərli (80 kq).

Mükafatçılar milli yığmanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

44 kq

1. Aydın Şahbazov (MOİK)

2. Rəvan Həşimov (DİN İC)

3. Bəylər Məmmədov (DİN İC), Faiq Hənifəzadə ("Qızıl əlcək" İK)

46 kq

1. Həsrət Məmmədov (Gəncə)

2. Nizami Əliyev ("Roman" İK)

3. Sərxan Ağazadə (MOİK), İslam İbrahimov ("Neftçi" İK)

48 kq

1. Vaqif Məhəmmədli (Gəncə)

2. Sahib Baxışlı (DİN İC)

3. Məhəmməd Kazımzadə (İmişli), Nihad Məmmədli (Z-1 İK)

50 kq

1. Qardaş Rəhimov (Masallı)

2. Rəsul Babazadə ("Qızıl əlcək" İK)

3. Sənan İsrafilov (Cəlilabad), Məhəmməd Həsənli (UGM-13)

52 kq

1. İsmayıl Nəsirzadə (Astara)

2. Elcan Musazadə ("Neftçi" İK)

3. Tunar Seyidməmmədov (Gəncə OİK), Mirtahir Əhmədli (Cəlilabad)

54 kq

1. Rəhman Bayramlı (RKİM)

2. Miraləm Nağıyev (İmişli)

3. Elnar Hacıyev (DİN İC), Yusif Həsənov (Göygöl)

57 kq

1. Məhəmmədəli İstamov (ABF)

2. Əli Camalov ("Neftçi" İK)

3. Məmmədqulu İmanzadə (Sumqayıt), İbrahim Bədəlli (Mingəçevir)

60 kq

1. Tunar Mehdiyev (Gəncə)

2. Oğuz İbrahimli (RİM-1)

3. Məhəmmədəli Qasımov (İmişli), Aydın Əliyev (Gəncə OİK)

63 kq

1. Məhəmmədəli Rüstəmov ("Binə" OİK)

2. Vəkil Qurbanov (RİM-1)

3. İsmayıl Aslanlı (RİM-1), Raul Hüseynov (Gəncə)

66 kq

1. Yusif Həsənli ("Neftçi" İK)

2. Yusif Məmmədli (RKİM)

3. Anzor İsrafilov (RKİM), Vüqar İsmayılov (Gəncə)

70 kq

1. Adəm Aslanov (888 BK)

2. Cavad Səlimov (RİM-1)

3. Ramal Əlizadə (Gəncə-2), Nurlan Müseyibli ("Neftçi" İK)

75 kq

1. Şükar Əliyev ("Neftçi" İK)

2. Yusif Ağakişiyev ("Neftçi" İK)

3. Davud Camalzadə (RİM-1), Şahin Layıcov (Gəncə)

80 kq

1. Saleh Fərəcov (UGM-13)

2. Zirəddin Rüstəmov ("Neftçi" İK)

3. Nazim Dadaşzadə (RİM-1), Əli Məmmədli ("Neftçi" İK)

+80 kq

1. Mehran Rəsulov ("Neftçi" İK)

2. Məhəmməd Mustafayev (Naxçıvan MR)

3. Uğur Həsənov (Lənkəran-Təhsil), Ərdəm Təkin ("Zərbə" BİK)

İdman.Biz