Bilalhəbaşi Nəzərov beynəlxalq turnirində ikinci olub - YENİLƏNİB

1 Mart 2026 21:10
150
Bilalhəbaşi Nəzərov beynəlxalq turnirində ikinci olub - YENİLƏNİB

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə "Strandja" beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.

İdman.Biz Boks Federasiyasına istinadən xəbər verir ki, Bilalhəbaşi Nəzərov (50 kq) yarışı gümüş medalla başa vurub.

Beləliklə, millimiz turniri iki mükafatla başa vurub.

11:40

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” beynəlxalq turnirində Azərbaycan millisinin üzvü Malik Həsənov uğurla çıxış edib.

İdman.Biz xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinal mərhələsinə qədər irəliləyərək turniri üçüncü pillədə tamamlayıb və bürünc medal qazanıb.

İdman.Biz