Bilalhəbaşi Nəzərov “Strandja”da finala vəsiqə qazanıb

28 Fevral 2026 21:40
76
Bilalhəbaşi Nəzərov “Strandja”da finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 50 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.

Digər boksçumuz Malik Həsənov (65 kq) isə “Strandja”nı bürünc medalla başa vurub.

İdman.Biz