Ər-Riyadda boks bayramı: Bivol titulunu qoruyub, Coşua qalib gəlib - VİDEO - FOTO

Xəbərlər
24 Dekabr 2023 04:04
660
Ər-Riyadda boks bayramı: Bivol titulunu qoruyub, Coşua qalib gəlib - VİDEO - FOTO

Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən boks axşamında yeni zelandiyalı Cozef Parker ABŞ təmsilçisi Deontey Uaylderə qalib gəlib.

Mübarizə 12 raund davam edib və Parker hakimlərin yekdil qərarı ilə qalib elan olunub.

Bununla da Uaylderə 47-ci döyüşündə üçüncü dəfə məğlub olub. O, bunadək iki dəfə britaniyalı Tayson Fyuriyə uduzub. Bir döyüşü isə heç-heçə başa çatıb.

Parker peşəkar rinqdə 34-cü qələbəsini qazanıb. Onun da üç məğlubiyyəti var.

XXX

Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) Kingdom Arena stadionunda genişmiqyaslı boks gecəsi başa çatıb. Turnirin əsas döyüşündə britaniyalı Entoni Coşua isveçli Otto Uollinlə qarşılaşıb.

Döyüş cəmi beş raund davam edib və Coşuanın texniki nokautu ilə başa çatıb. Uollin döyüşməkdən imtina edib.

Nəticədə Coşua 30-cu döyüşündə 26-cı dəfə qalib gəlib (24-ü nokautla). O, 3 dəfə məğlub olub. Uollinin isə 26 qələbə olduğu halda, iki dəfə uduzub.

------------

02:06

Günün ən maraqlı qarşılaşmalarından biri Dmitri Bivolla Lindon Artur arasında keçirilib.

İdman.biz xəbər verir ki, döyüşün qalibi hakimlərin qərarından sonra bəlli olub.

Bütün raundllarında rəqibindən güclü olan Bivol qalib elan edilib. Rusiyalı boksçu görüşü 120:107 hesabı ilə üstün bitirib. Dmitri keçirdiyi 22-ci (22:0, 11:0 KO) görüşü də qələbə ilə başa vurub. Lindon Artur isə karyerasında ikinci dəfə uduzub (23:2, 16 KO)

----------

00:12

Ər-Riyadda günün ən maraqla gözlənilən döyüşlərindən biri başa çatıb.

İdman.biz xəbər verir ki, Deniel Dubua ilə Carrell Miller arasındakı görüş 10 raund davam edib.

Dubuanın üstünlüyü ilə keçən döyüşdə texniki nokaut qeydə alınıb. Qarşılaşmanın sonuna yaxın ardıcıl zərbələr endirən Dubua rəqibinə qalib gəlib. Bu, Millerin karyerasında ilk məğlubiyyəti olub. Amerikalı boksçu əvvəlki 27 görüşün yalnız birini heç-heçə ilə başa vurmuş, 26-da qələbə qazanmışdı.

----------------

23.12.2023

22:29

Ağır çəkili rusiyalı döyüşçü Arslanbek Mahmudov (18-0, 17 KO) ilə Avropa çempionu alman Agit Kabayel (23-0, 15 KO) arasında döyüş olub.

İlk iki raundda Mahmudov əsasən fəal olub. Üçüncüdə vəziyyət dəyişib, Kabayel bir sıra zərbə endirib. Dördüncü raundda o, rəqibini texniki nokautla udub.

--------

22:06

Ər-Riyadda təşkil olunan boks gecəsində daha iki döyüş keçirilib.

İdman.biz xəbər verir ki, günün ikinci döyüşündə Filip Xrqoviçə qələbə qazanmaq üçün cəmi 106 saniyə kifayət edib.

Mark De Mori ilə görüşə fəal başlayan xorvatiyalı boksçu ilk dəqiqənin tamamında rəqibini nokdauna salıb. Avstraliyalı idmançı mübarizəni davam etdirsə də, az sonra sol cinahdan növbəti ağır zərbəni alıb. Xrqoviç nokautla qələbə qazanıb.

Bu uğur xorvaiyalı boksçuya 2024-cü ildə agır çəkidə İBF kateqoriyası üzrə titul döyüşündə iştirak etmək şansı verib.

Cey Opetaya - Ellis Zorro görüşü də erkən bitib. Avstraliyalı boksçu birinci raundun sonunda qəribini nokautla məğlub edib. Cey sol əli ilə vurduğu güclü zərbə ilə Zorronu yerə yıxıb. Bu, Opetayanın karyerasında 24-cü qələbəsi olub. O, 19 görüşdə nokautla, 5 dəfə isə hakimlərin qərarları ilə qələbə qazanıb.

-----

21:29

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda axşamın ilk döyüşü başa çatıb.

Kubalı Frenk Sançes Junior Fanı yeddinci raundda nokaut edib.

Mübarizə başlayıv və o qədər də aktiv olmayıb, lakin altıncı raundun sonunda Sançes bərk zərbə vurub və Fanı yerə sərib. Ancaq o, ayağa qalxa bilib, amma dərhal xilasedici qonq səslənib.

Növbəti raundda Sançes rəqibini daha iki dəfə nokaut edib, bundan sonra mübarizə dayandırılıb.

-------

20:56

Bu gün Səudiyyə Ərəbistanı paytaxtında böyük boks gecəsi yaşanacaq.

İdman.biz xəbər verir ki, dünyanın tanınmış boksçuları rinqə çıxacaqlar.

Günün ən maraqlı qarşılaşmasında WBA, IBF və WBO üzrə keçmiş dünya çempionu Entoni Coşua ilə Otto Vallin arasında olacaq.

Bütün görüşlərin başlama saatı:
20:15 Frenk Sançes — Cunior Fa
21:15 Filip Xrqoviç — Mark De Mori
22:15 Cey Opetaya — Ellis Zorro
23:25 Arslanbek Mahmudov — Aqit Kabayel
00:25 Deniel Dubua — Carrell Miller
01:35 Dmitri Bivol — Lindon Artur
02:35 Deontey Uaylder — Cozef Parker
03:45 Entoni Coşua — Otto Vallin

İdman.biz