Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb

2 Fevral 2026 16:01
82
Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

İdman.Biz xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

İdman.Biz
Məqalədə: