Nyu-Yorkun məşhur “Madison Square Garden” arenasında keçirilən boks gecəsində ağır çəkidə Kinqsli İbeh və Jarrell Miller arasında matç zamanı gözlənilməz hadisə baş verib. Məğlubiyyətə baxmayaraq, Millerin döyüşü daha çox unikal anla yadda qalıb.
İdman.Biz xəbər verir ki, ikinci raundda İbeh tərəfindən endirilən sağ yuxarı zərbə nəticəsində Millerin başındakı saç parçası, yəni pariki qoparaq arxa tərəfə fırlanıb. Bu an arenada şoka düşən tamaşaçıların gülüşlərinə səbəb olub. Miller raund arası öz dəstəkçisi tərəfindən çıxarılan pariki tribunaya atıb və döyüşü davam etdirib.
Buna baxmayaraq, Miller matçda split qərarla - hakimlərin iki səsiylə qələbə qazanıb. Sonradan Miller verdiyi müsahibədə, “döyüşə bir neçə gün qalmış anamın evində saçımı yumaq istədim. Şampun yerinə səhvən hansısa məişət kimyəvi maddəsindən istifadə etdim”, - deyərək, hadisəyə yumorla cavab verib.
