Boks üzrə ölkə çempionatına dair mühüm qərar qəbul edilib

Xəbərlər
21 Yanvar 2026 20:37
50
Boks üzrə ölkə çempionatına dair mühüm qərar qəbul edilib

Yanvarın 22-də start götürəcək boks üzrə Azərbaycan çempionatında milli komandanın aparıcı boksçuları iştirak etməyəcək.

İdman.Biz-in məlumatına görə, bu barədə qərarı yığmanın məşqçilər korpusu qəbul edib.

Qərara əsasən, Sübhan Mamedov (50 kq), Səidcəmşid Cəfərov (75 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) ötən il iştirak etdikləri yarışların sayına və göstərdikləri nəticələrə görə Azərbaycan çempionatına qatılmayacaqlar.

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 10, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

İdman.Biz