Entoni Coşua Ceyk Polun zərbə gücü ilə bağlı fikrini açıqlayıb

Xəbərlər
28 Dekabr 2025 11:45
43
Entoni Coşua Ceyk Polun zərbə gücü ilə bağlı fikrini açıqlayıb

Britaniyalı ağırçəkili boksçu Entoni Coşua bloqçu və boksçu Ceyk Polla keçirdiyi döyüşdən sonra rəqibinin zərbə gücünə münasibətini açıqlayıb və bu mövzuda kifayət qədər soyuqqanlı mövqe sərgiləyib.

İdman.Biz xəbər verir ki, dekabrın 19-da Mayamidəki “Kaseya Senter”də keçirilən və altıncı raundda nokautla bitən döyüşdən sonra Coşua “Fight Hub”a müsahibəsində Polun zərbə gücünü cəmi iki sözlə dəyərləndirib: “Normal idi”.

İkiqat dünya çempionu olan Coşua döyüşdən sonra bildirib ki, Pol müəyyən qədər dözümlülük göstərsə də, onun zərbələri elit ağırçəkili səviyyəsində deyil. O həmçinin öz çıxışını da ideal hesab etmədiyini etiraf edib və “daha yaxşı ola bilərdi”, - deyə bildirib, amma əsas məqsədin qələbə qazanmaq olduğunu vurğulayıb.

Ceyk Pol isə daha sonra qardaşı Loqan Polun “Impaulsive” podkastında çıxış edərək Entoni Coşuanın rinqdəki fiziki üstünlüyünü etiraf edib və aldığı zədəni “sanki çənəmin içində beysbol topu var idi” sözləri ilə təsvir edib. O, bu döyüşün ona yüksək səviyyəli peşəkar boksun tələblərini daha yaxşı anlamağa kömək etdiyini bildirib.

İdman.Biz
Məqalədə: