Azərbaycan boksçuları Türkiyədən 14 qızıl medalla qayıdıb - FOTO

Xəbərlər
21 Dekabr 2025 20:16
51
Azərbaycan boksçuları Türkiyədən 14 qızıl medalla qayıdıb - FOTO

Türkiyə Respublikasının Ağrı vilayətində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib. Türkiyə, İran və Azərbaycanın iştirak etdiyi yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.

İdman.Biz xəbər verir ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin məlumatına görə, turnirdə Naxçıvan yığması 5 məşqçi və 36 idmançı ilə iştirak edib.

Boksçularımız ümumilikdə 32 medal qazanıblar. Onlardan 14-ü qızıl, 16-sı gümüş, 2-si isə bürünc olub.

Qızıl medal qazanan idmançılar Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev olub.

İdman.Biz