Elektrik cərəyanının qurbanı olan ofisiant boksla məşğul olurmuş - VİDEO

Xəbərlər
11 Dekabr 2025 09:57
115
Elektrik cərəyanının qurbanı olan ofisiant boksla məşğul olurmuş - VİDEO

Ötən ay Xırdalan-Binəqədi şosesi üzərində yerləşən “Lake Hotel” restoranında baş verən elektrik cərəyanı vurması hadisəsi nəticəsində vəfat edən ofisiantlardan birinin idmançı olduğu məlum olub.

İdman.Biz xezerxeber.az-a istinadən xəbər verir ki, faciəli hadisə nəticəsində həlak olan 19 yaşlı Eltac Əliyev professional boksla məşğul olub.

Eltac Əliyevin atası bildirib ki, oğlu avtomobil almaq üçün gizlicə pul yığırmış.

Qeyd edək ki, noyabrın 21-də Eltac Əliyev, eləcə də restoranın digər əməkdaşları – Cavidan Muradlı, Emil Quliyev və Əkbər Zeynalovu elektrik vurub. Hadisə nəticəsində hər dörd əməkdaş həyatını itirib.

Ətraflı süjetdə:

İdman.Biz