Üç Azərbaycan boksçusu dünya çempionatının yarımfinalına yüksəlib

Xəbərlər
11 Dekabr 2025 02:24
90
Üç Azərbaycan boksçusu dünya çempionatının yarımfinalına yüksəlib

BƏƏ-nin Dubay şəhərində kişilər arasında boks üzrə dünya çempionatı davam edir.

İdman.Biz-in məlumatına görə, üç Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.

48 kq çəki dərəcəsində Sübxan Məmmədov inamla Özbəkistanlı Şodiyorjon Melikuziyevi məğlub edərək ilk dördlükdə yerini təmin edib.

92 kq çəki dərəcəsində Məhəmməd Abdullayev yarımfinala vəsiqə qazanan Dövlət İslamovu (Türkmənistan) məğlub edib.

Alfonso Dominqes (92 kq) milli komanda üçün üçüncü qələbəsini qazanaraq, Moldovalı Andrey Zaplitnyi məğlub edib və medal uğrunda mübarizəsini davam etdirəcək.

Dünya çempionatı 13 dekabrda başa çatacaq.

İdman.Biz