Azərbaycan boksçusu Avropa çempionatında növbəti raunda adlayıb

Xəbərlər
10 Dekabr 2025 23:12
69
Azərbaycan boksçusu Avropa çempionatında növbəti raunda adlayıb

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, 29 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin idmançısı mərhələ adlayıb.

Əli Abaslı (52 kq) 1/16 finalda Qabriel Cuffarini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25). O, növbəti görüşündə ilk mərhələdən azad olan İoan-Serban Stoiça (Rumıniya) ilə qarşılaşacaq. Döyüş dekabrın 12-də olacaq.

Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

İdman.Biz