Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub

Xəbərlər
10 Dekabr 2025 10:00
52
Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub

Almaniyanın Keinbaum şəhərində keçiriləcək boks üzrə U-17 Avropa çempionatının püşkü atılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, püşkdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

Yarışın ilk günündə yığmamızın dörd boksçusu rinqə çıxacaq. 29 ölkənin qatıldığı çempionatın qaliblərinin adına isə dekabrın 17-də aydınlıq gələcək.

U-17 Avropa çempionatı
Almaniya, Keinbaum
10 dekabr
1/16 final

Əli Abaslı (52 kq) – Qabriel Cuffari (İtaliya)
Haqverdi Həsənov (63 kq) – Rostislav Horodinski (Ukrayna)

1/8 final
Aysel Fərəcova (46 kq) – Lili Bassett (İngiltərə)
Əminə Tağı (50 kq) – Dominika Vnukova (Slovakiya)

11 dekabr
1/8 final

Qardaş Rəhimov (46 kq) – Hasan Pehlivan Uçaq (Türkiyə)
Əli Əliyev (48 kq) – Noa Sançes (Fransa)
Ayxan Həsənov (50 kq) – Berat Akduman (Türkiyə)
İbrahim Bədəlli (54 kq) – Maykl Makdonaq (İrlandiya)
Səma Abbasovaya (66 kq) – Olişia Malijek (Polşa)
Şükar Əliyev (75 kq) – Valentin Zefi (Albaniya)
İsmayıl Vəliyev (80 kq) – Elvir-Aqustin Dinu (Rumıniya)
Səfdər Məmmədzadə (+80 kq) – Arian Leon Kostrika (Almaniya)

12 dekabr
1/8 final

Zəhra Məmmədova (52 kq) – Laura Dorko (Macarıstan)
Gülər Hüseynova (48 kq) – Oleksandra Mişçenko (Ukrayna)
Fidan Bakarova (63 kq) – Antonina Binieçka (Polşa)
Raul Heydərli (57 kq) – Kalib Valşe (İrlandiya)
Şahin Aslanov (60 kq) – Demid Kloçko (İsrail)
Nurlan Süleymanov (66 kq) – Baturalp Çevik (Türkiyə)
Adil Zalov (70 kq) – Hakan Arda İlgün (Türkiyə)

13 dekabr
1/4 final

Cəmilə Muradlı (54 kq) – Elena Mourolova (Çexiya)/Yevanyelina Petruk (Ukrayna) cütünü qalibi

İdman.Biz