38 yaşlı məğlubedilməz amerikalı Terens Krouford WBC ikinci orta çəkidə çempion titulundan məhrum edilib.
İdman.Biz bu barədə təşkilatın mətbuat xidmətinə istinadən bildirir.
Bu qərarın səbəbi Kroufordun sentyabr ayında Saul Alvareslə döyüşü üçün bütün WBC çempionlarından tələb olunan 300.000 dollarlıq iştirak haqqını ödəməməsidir. Məlumata görə, WBC super orta çəki titulu uğrunda Həmzə Şiraz və Kristian Mbilli arasında mübarizə aparacaq.
Krouford hazırda WBA Super, IBF, WBO və The Ring titullarına sahibdir. Kroufordun 42 qələbəsi var, bunlardan 31-i nokautla olub və heç bir məğlubiyyəti olmayıb.
