Lennoks Lyuis tarixin ən böyük 5 boksçusunun adını çəkib

Xəbərlər
3 Dekabr 2025 08:10
29
Lennoks Lyuis tarixin ən böyük 5 boksçusunun adını çəkib

Ağır çəkidə keçmiş mütləq dünya çempionu və Beynəlxalq Boks Şöhrət Zalına daxil edilmiş Lennoks Lyuis idman tarixinin ən böyük boksçularının siyahısını açıqlayıb.

İdman.Biz bildirir ki, Lyuis özünün də ən yaxşı bokçular siyahısına daxil olduğunu deyib.

Lennoks Lyuisə görə tarixin ən böyük 5 boksçusu:

1. Məhəmməd Əli
2. Cek Conson
3. Marvin Heyqler
4. Corc Formen
5. Co Luis

Xatırladaq ki, Lyuisin son döyüşü ukraynalı Vitali Kliçkoya qarşı olub. Onların döyüşü 21 iyun 2003-cü ildə Los-Ancelesdə baş tutub. Döyüş altıncı raundda Lennoksun texniki nokautla qələbəsi ilə başa çatıb.

İdman.Biz