Usik mütləq dünya çempionu statusunu itirməsi barədə: “Bu, müvəqqətidir”

Xəbərlər
1 Dekabr 2025 18:46
32
Usik mütləq dünya çempionu statusunu itirməsi barədə: “Bu, müvəqqətidir”

Məğlubiyyətsiz WBC, IBF, WBA Super, IBO və The Ring ağır çəki titullarına sahib olan 38 yaşlı ukraynalı Aleksandr Usik, üçüncü dəfə mütləq dünya çempionu olmaq istədiyinə işarə edib.

İdman.Biz bildirir ki, iyulun 20-də Londondakı “Uembli” stadionunda keçirilən son döyüşdə Usik britaniyalı Daniel Dübua ilə rinqi bölüşüb. Usik beşinci raundda nokautla qalib gəlib.

“Qulaq asın, mənim dörd kəmərim var idi, elə deyil? İndi üç kəmərim var. Çox adam deyir ki, “ey, sən mütləq çempion deyilsən”. Yaxşı, amma bu müvəqqətidir”, - deyə The Ring jurnalı Usikdən sitat gətirib.

İdman.Biz