Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Mayk Tayson: “Füri indi qayıtmasa, 40 yaşında peşman olacaq” - İdman və Biz

Mayk Tayson: “Füri indi qayıtmasa, 40 yaşında peşman olacaq”

Xəbərlər
1 Dekabr 2025 07:20
31
Mayk Tayson: “Füri indi qayıtmasa, 40 yaşında peşman olacaq”

59 yaşı olan və Beynəlxalq Boks Şöhrət Zalının üzvü, keçmiş mütləq dünya çempionu Mayk Tayson britaniyalı ağır çəkili ulduz Tayson Fürinin karyerasını bərpa etməsini vacib sayır.

İdman.Biz xəbər verir ki, Tayson “HardRockbet” portalına açıqlamasında Fürinin bir müddətlik fasilədən sonra rinqə qayıtmasının ən doğru addım olacağını deyib.

“Düşünürəm ki, o, bir neçə aylıq istirahət edib geri dönməli idi. Onsuz da 40 yaşında yenidən rinqə çıxmaq istəyi yaranacaq, qoy bunu indi etsin. Sadəcə məşq elə və döyüşməyə davam et. Əgər indi imtina etsə, 40 yaşında, “kaş ki, davam edəydim” deyəcək. Ona görə də, bacardığın müddətdə döyüşməyə davam et”, - deyə Mayk bildirib.

Füri WBC, WBO, IBO, WBA Super, “The Ring” və IBF kəmərlərinin keçmiş sahibi kimi ağır çəkidə ən titullu döyüşçülərdən biri sayılır.

İdman.Biz

Məqalədə: