Boksçularımız Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Xəbərlər
17 Oktyabr 2025 22:11
34
Boksçularımız Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Oktyabrın 21-də Qazaxıstanda olimpiya çempionu Serik Sapiyev adına yeniyetmələr arasında beynəlxalq boks turniri başlayacaq.

İdman.Biz bildirir ki, ənənəvi yarış artıq 13-cü dəfədir ki, keçirilir.

Karaqanda şəhərində keçiriləcək turnirdə Azərbaycan boksçuları da qüvvələrini sınayacaqlar.

Bu il turnirdə səkkiz ölkədən (Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Çexiya, Azərbaycan, Monqolustan və Qazaxıstan) 400-ə yaxın idmançı iştirak edəcək.

Boksçular oktyabrın 21-dən 25-dək mübarizə aparacaqlar.

Ən güclü adı uğrunda 2010-2011-ci il təvəllüdlü boksçu oğlanlar və qızlar rinqə çıxacaqlar.

İdman.Biz