Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib.
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionu olmuş D.Holostenko uzun müddət boksla məşğul olmadığını söyləyib.
“Mən karyeramı çoxdan bitirmişəm, təxminən doqquz ay əvvəl. Amma bu qərar üç ay əvvəl mən Çində olanda çıxdı. Niyə məhz indi, mən Bakıya yeni gələn vaxt dərc etdiklərini başa düşmürəm”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, AMADA ötən gün Daniel Holostenkonun iki illik cəzalandırıldığını açıqlayıb. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.
