Azərbaycanı təmsil edən boksçu Daniel Holostenko antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Bildirilib ki, idmançı məkan məlumatı ilə bağlı qayda pozuntusuna yol verib.
Sanksiya 2026-cı il avqustun 31-dən qüvvəyə minib və 2028-ci il avqustun 31-dək davam edəcək.
