ABŞ-nin Las-Veqas şəhərində keçirilən peşəkar boks gecəsində dünya çempionu Sebastyan Fundora dramatik qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, WBC versiyası üzrə birinci orta çəkidə (69,9 kq) dünya çempionu olan ABŞ-li boksçu həmyerlisi Ermal Hadribayla (Ermal Hadribeaj) üz-üzə gəlib.
12 raund nəzərdə tutulan qarşılaşma sona qədər davam etsə də, hakimlərin xal hesablamasına ehtiyac qalmayıb. Fundora sonuncu raundun bitməsinə cəmi bir saniyə qalmış rəqibini texniki nokautla məğlub edib.
Bu nəticə Hadribayın peşəkar karyerasında ilk məğlubiyyəti olub. O, dünya çempionu ilə qarşılaşmaya qədər keçirdiyi döyüşlərdə 23 qələbə və bir heç-heçə əldə edib.
28 yaşlı Fundora isə peşəkar rinqdə 25-ci qələbəsini qazanıb. Onun 17 qələbəsi vaxtından əvvəl başa çatıb. Boksçunun hesabında bir məğlubiyyət və bir heç-heçə də var.
Qeyd edək ki, 2016-cı ildə peşəkar karyerasına başlayan Fundora 2024-cü ildə iki versiya üzrə dünya çempionu olub. Daha sonra kəmərlərdən birini təhvil versə də, WBC titulunu qoruyub.
Hadribay üzərində qələbə onun WBC çempionluq kəmərini dördüncü uğurlu müdafiəsi olub.
