Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar

18 Oktyabr 2026 14:21
89
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar

Bu gün Monteneqronun Budva şəhərində keçirilən 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanın iki təmsilçisi rinqə çıxacaq.

İdman.Biz Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Əli Əliyev (50 kq) və Nihat Qasımov (55 kq) mundialda ilk döyüşlərini keçirəcəklər.

Gündüz sessiyasında Əli Əliyev rusiyalı Vladimir Orlovla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq sessiyada B rinqinin dördüncü döyüşü olacaq.

Axşam sessiyasında isə Nihat Qasımov kanadalı Arjanpal Hundalla qüvvəsini sınayacaq. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək sessiyanın B rinqində dördüncü qarşılaşması kimi nəzərdə tutulub.

İdman.Biz