Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb - FOTO

21 Oktyabr 2026 11:33
120
Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb - FOTO

Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın beşinci günündə Gülər Hüseynova (51 kq) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşündə Nataşa Lukiçlə (Serbiya) gücünü yoxlayacaq.

Şahin Aslanov (65 kq) da dünya çempionatına qələbə ilə başlayıb. O, Emir Serifoviçi (Bosniya və Herseqovina) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Aslanov 1/8 finalda Robert-Jsolt Buzasla (Rumıniya) qarşılaşacaq.

Renat Qiyaslı (80 kq) isə 1/16 final döyüşünü erkən xeyrinə bitirib. O, Daniil Paninə (Estoniya) üçüncü raundda tam üstünlüklə qalib gəlib. Boksçu növbəti sınağında Tiberio Nokadello (İtaliya) ilə mübarizə aparacaq.

Hər üç döyüş oktyabrın 22-də olacaq.

Qeyd edək ki, dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.

İdman.Biz