Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb

3 Avqust 2026 22:06
100
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb

4-8 avqust tarixlərində Bakı Su İdmanı Sarayında təşkil olunacaq çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkü atılıb.

İdman.Biz bildirir ki, əsas mərhələnin oyunları avqustun 4-də və 5-də keçiriləcək.

Bu mərhələdə günün ilk oyunları saat 09:00-da, son qarşılaşmaları isə saat 17:00-da başlayacaq. 6 avqustda 3-cü yer uğrunda qarşılaşmalar təşkil olunacaq. Final oyunları isə avqustun 8-də baş tutacaq.

Ölkə çempionatının qalibi olacaq komandalar 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

İdman.Biz