Çimərlik voleybolu üzrə ölkə birinciliyinin vaxtı açıqlanıb

29 İyun 2026 15:21
98
Çimərlik voleybolu üzrə ölkə birinciliyinin vaxtı açıqlanıb

Avqustun 4-dən 8-dək qadın və kişi komandaları arasında çimərlik voleybolu üzrə klublararası Azərbaycan birinciliyi təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın ilkin mərhələsi Bakı Su İdmanı Sarayında, medal uğrunda həlledici qarşılaşmalar isə “Sea Breeze” ərazisində gerçəkləşəcək.

Turnirin qalibi bu il keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

İdman.Biz