Azərbaycanda çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

16 İyun 2026 15:21
82
Azərbaycanda çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, iyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən “Queen & King of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur. Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib.

Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.

İdman.Biz