Bakıda çimərlik voleybolu üzrə turnir keçiriləcək

1 Avqust 2026 19:08
114
Bakıda çimərlik voleybolu üzrə turnir keçiriləcək

Çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri keçiriləcək

İdman.Biz bildirir ki, avqustun 2-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak edəcəklər. Hər komandanın heyətində bir qadın və bir kişi voleybolçu yer alacaq.

Qeyd edək ki, bu il ilk dəfə təşkil olunan “Queen & King of the Court Mixed” turnirinin qalibləri Xədicə Hadızadə və Tural Həsənli cütü olublar.

İdman.Biz