Çimərlik voleybolu üzrə ölkə çempionatında bürünc medalların sahibi məlum olub - FOTO

6 Avqust 2026 22:38
81
Çimərlik voleybolu üzrə ölkə çempionatında bürünc medalların sahibi məlum olub

Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı davam edir.

İdman.Biz bildirir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə yarımfinal görüşləri, həmçinin kişilər arasında üçüncü yer uğrunda oyun keçirilib.

Kişilərin yarışında “Sağlam Həyat-2” komandasını 2:0 hesabı ilə məğlub edən FHN-1 klubu ölkə çempionatının bürünc medalına sahib çıxıb. Sabah baş tutacaq qadınlar arasında üçüncü yer uğrunda oyunda isə “Milli Aviasiya Akademiyası-1” və “Milli-1” komandaları üz-üzə gələcəklər.

Avqustun 8-də keçiriləcək qadınların finalında “AZERRAIL Salam” komandası “AZERRAIL Salam Sharing”lə, kişilərin finalında isə FHN-2 komandası “Djevo” ilə qarşılaşacaq. Final oyunlarından sonra mükafatlandırma mərasimi olacaq.

Qeyd edək ki, ölkə çempionatının qalibləri 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

İdman.Biz