Bakıda çimərlik voleybolu üzrə turnir keçiriləcək

15 May 2026 20:51
154
Bakıda çimərlik voleybolu üzrə turnir keçiriləcək

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “King & Queen of the Court” (“Meydançanın kralı və kraliçası”) turniri keçiriləcək.

İdman.Biz bildirir ki, mayın 23-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 10 qadın və 10 kişi komandası çempionluq uğrunda mübarizə aparacaq.

Turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.

Qeyd edək ki, uzun illərdir dünyanın müxtəlif ölkələrində keçirilən “King & Queen of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur. Sürətli oyun tempi, gərgin rəqabət və maraqlı qarşılaşmalarla yadda qalacaq turnir çimərlik voleybolu həvəskarlarına həyəcan dolu anlar yaşadacaq.

İdman.Biz