Çimərlik voleybolu yarışının qalibləri - FOTO

Xəbərlər
1 Sentyabr 2025 17:11
38
Çimərlik voleybolu yarışının qalibləri - FOTO

Sentyabrın 1-də dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə kişilər arasında Fövqəladə Hallar Nazirliyi (FHN) birinci yeri tutub.

SOCAR ikinci, Azərbaycan Dəmir Yolları isə üçüncü yerdə qərarlaşıblar.

Qadınların mübarizəsində də FHN yarışın qalibi olub. SOCAR ikinci, TƏBİB isə üçüncü yerə layiq görülüblər.

İdman.biz