Azərbaycanın millisinin rəqibləri bəlli olub

Xəbərlər
11 Avqust 2025 19:33
35
Azərbaycanın millisinin rəqibləri bəlli olub

Çimərlik futbolu üzrə Azərbaycanın millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, A qrupunda yer alan yığmamızın rəqibləri Litva və Belçika olacaq.

Turnirin B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finalçılar isə A divizionunda oynamaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa Superfinalı 7-14-də sentyabrda İtaliyada keçiriləcək.

İdman.biz