Çimərlik voleybolçularımız Türkiyəyə yollanıblar

Xəbərlər
3 Sentyabr 2025 17:30
46
Çimərlik voleybolçularımız Türkiyəyə yollanıblar

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

İdman.biz xəbər verir ki, onlar sentyabrın 4-7-də Türkiyənin Mersin şəhərində təşkil olunacaq “Pro Beach Tour Mersin” açıq çempionatında qüvvələrini sınayacaqlar.

Yarışda ölkəmizi Xədicə Hadızadə - Cəmilə Bəşirova və İbrahim Məmmədov - Muhammad Aslanlı cütlükləri təmsil edəcəklər. Komandalara müvafiq olaraq, Nihad Tarverdiyevlə Atvars Vilde rəhbərlik edəcəklər.

İdman.biz