Azərbaycanlı hakim Dubaydakı turnirə təyinat alıb

Xəbərlər
12 Fevral 2024 12:32
Azərbaycanlı hakim Dubaydakı turnirə təyinat alıb

Azərbaycanlı FİFA hakimi İnqilab Məmmədov təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Çimərlik futbolu üzrə referi beynəlxalq turnirdə ədaləti qoruyacaq. Məmmədov FİFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.

Turnir fevralın 15-dən 25-dək keçiriləcək. Yarışa Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri ev sahibliyi edəcək.

İdman.biz

Məqalədə: