Türkiyə Polşanı məğlub edərək AVRO-2025-də yarımfinala yüksəlib

Xəbərlər
9 Sentyabr 2025 20:40
43
Türkiyə Polşanı məğlub edərək AVRO-2025-də yarımfinala yüksəlib

Türkiyə və Polşa milli komandaları arasında 2025-ci il basketbol üzrə Avropa çempionatının 1/4 final oyunu başa çatıb. Türkiyəlilər 91:77 hesabı ilə inamlı qələbə qazanıblar.

Qalib komandanın ən məhsuldar oyunçusu mərkəz Alperen Şengün olub. O, komandasına 19 xal, 12 ribaund və 10 məhsuldar ötürmə gətirib. Polşa millisinin heyətində ən yaxşı çıxışını qvardiya Cordan Lloyd nümayiş etdirib. O, 19 xal, üç ribaund və iki məhsuldar ötürmə ilə yadda qalıb.

2025-ci il Basketbol üzrə Avropa Çempionatı avqustun 27-də başlayıb. Yarış dörd ölkədə - Kipr, Finlandiya, Polşa və Latviyada keçirilir. Çempionat sentyabrın 14-də başa çatacaq.

İdman.biz