Basketbol üzrə 2025-ci il Avropa çempionatının 1/8 final oyunlarının bütün iştirakçıları müəyyənləşib.
İdman.biz 1/8 finalın cütlüklərini təqdim edir:
Almaniya - Portuqaliya;
Litva - Latviya;
Türkiyə - İsveç;
Serbiya - Finlandiya;
Yunanıstan - İsrail;
Polşa - Bosniya və Herseqovina;
İtaliya - Sloveniya;
Fransa - Gürcüstan.
1/8 finalın oyunları sentyabrın 6 və 7-də keçiriləcək.
Qeyd edək ki, hazırkı Avropa çempionu İspaniya millisi pley-offda oynamayacaq.
Basketbol üzrə Avropa çempionatı avqustun 27-də başlayıb. Yarış dörd ölkədə - Kipr, Finlandiya, Polşa və Latviyada keçirilir və sentyabrın 14-də başa çatacaq.
İdman.biz