"Neftçi"də serbiyalı basketbolçu

Xəbərlər
25 Avqust 2025 11:11
47
"Neftçi"də serbiyalı basketbolçu

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası heyətini yeni legionerlə gücləndirib.

İdman.biz xəbər verir ki, serbiyalı basketbolçu Stefan Keniçlə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu 2015/2016 mövsümündə Serbiyanın məşhur "Crvena Zvezda" klubunda çıxış edib. Basketbolçu peşəkar karyerasında 2023/2024 mövsümünü Polşanın "Arka Gdynia" klubunda keçirib.

İdman.biz