“Sabah”ın məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

Xəbərlər
26 Noyabr 2023 11:09
127
“Sabah”ın məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

“Sabah” basketbol klubunun baş məşqçi əvəzi Nikola Bozinovski "Neftçi"yə məğlubiyyətin səbəbini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının V turunda 93:96 hesabı ilə uduzmalarında sonradan meydana girən oyunçuların ümidi doğrultmadıqlarını deyib.

Bozinovskinin sözlərinə görə, məğlubiyyətə baxmayaraq komandası yaxşı oynayıb: "Oyuna yaxşı başladıq. Çoxlu xallar toplayaraq hesabda önə keçdikdən sonra heyətdə dəyişikliklər etdim. Oyuna sonradan daxil olan basketbolçularımız isə hesabdakı üstünlüyümüzü tez əldən verdilər və bu oyunumuza təsir göstərdi. 3 xallıq atışlarda uğursuz olduq. Bizdən fərqli, rəqibdə bu baxımdan dəqiqlik daha çox idi. Oyunun sonunda yaxşı mübarizə aparsaq da, geridönüş edə bilmədik".

İdman.biz