Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Emin Əmrullayev "Nesibe Aydın"ın prezidenti ilə görüşüb – GƏLƏCƏYƏ HESABLANIN MÜZAKİRƏ/FOTO - İdman və Biz

Emin Əmrullayev "Nesibe Aydın"ın prezidenti ilə görüşüb – GƏLƏCƏYƏ HESABLANIN MÜZAKİRƏ/FOTO

Xəbərlər
21 İyul 2025 13:59
168
Emin Əmrullayev "Nesibe Aydın"ın prezidenti ilə görüşüb – GƏLƏCƏYƏ HESABLANIN MÜZAKİRƏ/FOTO

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Türkiyənin tanınmış qadın basketbol klublarından olan "Nesibe Aydın"ın prezidenti Mirkan Aydınla görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.

Əmrullayev Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nesibe Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib. Qarşılıqlı olaraq, Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını bildirib.

İdman.biz