Azərbaycan Basketbol Liqası: "Abşeron Lions" NTD-ni məğlub etdi - YENİLƏNİB

18 Yanvar 2026 20:42
216
Azərbaycan Basketbol Liqası: "Abşeron Lions" NTD-ni məğlub etdi - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında 13-cü tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib.

Bakı İdman Sarayında baş tutan görüş "Abşeron Lions"un 100:93 hesablı qələbəsi ilə başa çatıb.

17:15

Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Sabah” komandası “Şəki” üzərində inamlı qələbə qazanıb. Bakı İdman Sarayında keçirilən qarşılaşmada Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv “Şəki” üzərində 112:65 hesablı qələbəyə sevinib.

09:45

Azərbaycan Basketbol Liqasının 13-cü turu çərçivəsində A qrupunda keçiriləcək iki qarşılaşma ilə tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək ilk oyunda “Sabah” “Şəki”ni qə bul edəcək. Oyun saat 15:00-da başlayacaq. Hazırda “Sabah” 21 xalla turnir cədvəlində ikinci pillədədir. “Şəki” isə 14 xalla beşincidir.

Digər qarşılaşma isə saat 18:00-da keçiriləcək. 23 xalla qrupun lideri olan “Abşeron Lions” 12 xalla sonuncu - altıncı pillədə qərarlaşan NTD-yə qarşı mübarizə aparacaq.

İdman.Biz