Azərbaycan Basketbol Liqasında 13-cü turun daha üç matçı keçiriləcək

Xəbərlər
17 Yanvar 2026 12:00
42
Azərbaycan Basketbol Liqasında 13-cü turun daha üç matçı keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında 13-cü turun daha üç matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilk olaraq saat 13:00-da “Ordu” “Sərhədçi” ilə qarşılaşacaq.

Bu oyundan 1 saat sonra “Gəncə” “Neftçi”ni sınağa çəkəcək.

Günün son görüşündə isə “Sumqayıt” və “Quba” basketbolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç saat 19:00-da başlayacaq.

A qrupunda “Neftçi” 16 xalla üçüncü, eyni xala malik “Gəncə” dördüncüdür. B qrupuna isə 24 xalla “Ordu” başçılıq edir. 16 xalı olan “Sərhədçi” və “Quba” müvafiq olaraq dördüncü və beşinci pillələrdə yer alıblar. “Sumqayıt” isə 15 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, turun ilk matçında “Naxçıvan” “Lənkəran”a 106:75 hesabı ilə qalib gəlib.

İdman.Biz