“Neftçi” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz kluba istinadən bildirir ki, amerikalı basketbolçu Ayzeya Cerald Braun ilə mövsümün sonunadək müqavilə imzalanıb.
29 yaşlı oyunçunun boyu 187 santimetrdir.
Bundan başqa, “ağ-qaralar” serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçin sözləşmələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.
