Tennessi kollecinin komandasında oynayan amerikalı basketbolçu Andre Bell avtomobilində güllələnərək öldürülüb.
Bu barədə İdman.Biz Fox News-a istinadən məlumat verir.
Mənbənin məlumatına əsasən, Bell oyundan sonra dostları ilə evə gedərkən başından güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.
