“Nimburk”un baş məşqçisi: “Tamamilə fərqli bir “Sabah” gördük”

Müsahibə
23 Noyabr 2023 09:37
223
“Nimburk”un baş məşqçisi: “Tamamilə fərqli bir “Sabah” gördük”

“Evdə gördüyümüz komandadan tamamilə fərqli bir “Sabah” gördük”.

İdman.biz xəbər verir ki, bunu “Nimburk”un baş məşqçisi Françesko Tabellini deyib.

FİBA Avropa kubokunun D qrupunun son oyununda “Sabah”a 97:89 hesabı ilə qalib gələn italiyalı mütəxəssis bildirib ki, Azərbaycan çempionu çox yaxşı oynayıb və onlara çətinliklər yaradıb: “Müdafiədə həmişəki kimi güclü deyildik. Ola bilsin ki, son vaxtlar çox səfər etməyimiz və düzgün məşq etmək imkanının olmaması da bunda rol oynadı. Rəqib bu gün yaxşı müdafiə olunurdu. 3 xallıq məsafədən xal qazanmaq şanslarımız çox olsa da, tez-tez onları əldən verdik və bu, komandanın inamını sarsıtdı. İkinci hissədə müdafiədə daha yaxşı işlədik, bu da hücuma inamımıza təsir etdi. Yarışın növbəti mərhələsinə qələbə ilə yüksəldiyimiz üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, “Sabah” D qrupunda 7 xalla üçüncü olub. Hərəyə 11 xalı olan kollektivlərdən “Bağçaşəhər Kolleci” qrup lideri, “Nimburk” isə ikinci olaraq növbəti mərhələyə adlayıb. 7 xal toplayan “Mornar” isə qrupda sonuncu yeri tutub.

Emin Ağa

İdman.biz