“Şəki” amerikalı basketbolçu transfer edib

Xəbərlər
18 Noyabr 2023 13:49
226
“Şəki” amerikalı basketbolçu transfer edib

"Şəki" amerikalı basketbolçu transfer edib.

Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, komanda Vebster Simeusu ilə güclənib.

Haitidə doğulan 24 yaşlı basketbolçu hücumçu mövqeyində çıxış edir və 2,03 metr boya malikdir. Vebster ötən mövsümü Yunanıstanın Elit Liqasında çıxış edən "Kavala" klubunda keçirib.

O, həftənin əvvəlində “Şəki”dən göndərilən konqolu Lenda Duanqanı əvəzləyib.

Qeyd edək ki, turnir cədvəlində 3 turdan sonra 9-cu olan “Şəki” Azərbaycan Basketbol Liqasında növbəti oyununu “Cəlilabad”a qarşı keçirəcək.

Emin Ağa

İdman.biz