Avroliqa: "Fənərbaxça" və "Monako" finalda - YENİLƏNİB - VİDEO

Xəbərlər
23 May 2025 23:51
61
Avroliqa: "Fənərbaxça" və "Monako" finalda - YENİLƏNİB - VİDEO

Abu-Dabidə basketbol üzrə Avroliqanın "Dördlər finalı" start götürüb.

İdman.biz xəbər verir ki, ilk yarımfinalda "Panatinaikos"la "Fənərbaxça" üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Türkiyə təmsilçisi qələbəni bayram edib. "Fənərbaxça" son çempoinu 82:76 hesabı ilə məğlub edib.

İkinci yarımfinal görüşündə "Monako" ilə "Olimpiakos" növbəti finalçını müəyyənləşdiriblər. Müntəzəm çempionatın qalibi olna yunan təmsilçisi matçın favoriti olsa da, nəticə fərqli olub. "Monako" inamlı oyunla qələbə qazanıb.

Bazar günü keçiriləcək həlledici qarşılaşmada "Fənərbaxça" və "Monako" mövsümüm qalibini müəyyən edəcəklər.

Basketbol, Avroliqa
"Dördlər finalı"
23 may

19:00. "Panatinaikos" - "Fənərbaxça" - 82:76 (22:14, 16:19, 17:15, 27:28)

22:00. "Monako" - "Olimpiakos" - 68:78 (17:17, 15:18, 19:22, 17:21)

İdman.biz