“Maraqlı çempionat keçdi”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə final matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis təşkilatçılara təşəkkür edib: “Builki çempionat da gərgin, rəqabətli keçdi. Azərbaycan Basketbol Federasiyası böyük iş görüb. "Neftçi"yə finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edirəm. Komandamızı bu uğur münasibətilə təbrik edirəm. Onlara çəkdikləri əziyyətə görə təşəkkür edirəm".
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan final qarşılaşmasında çempionun adına aydınlıq gəlib. "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb. "Neftçi" isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusu reallaşdıra bilməyib.
Aytac Sahəd
İdman.biz