Azərbaycan Basketbol Liqasında final seriyasının 5-ci oyunu keçirilib.
İdman.biz xəbər verir ki, “Sabah” iki məğlubiyyətdən sonra növbəti qələbəsini qazanıb.
Beləcə, ümumi hesab "Sabah"ın xeyrinə 3:2 olub.
Azərbaycan Basketbol Liqası
Final, 5-ci oyun
11 may
17:00. “Sabah” – “Neftçi” 107:89 (24:22, 33:17, 25:19, 25:31)
Qeyd edək ki, rəqiblərin 6-cı görüşü mayın 14-də Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da başlayacaq.
İdman.biz