FİNAL: Çempion ilk görüşdə “Neftçi”ni məğlub edib - YENİLƏNİB - FOTO

Xəbərlər
2 May 2025 21:06
462
FİNAL: Çempion ilk görüşdə “Neftçi”ni məğlub edib - YENİLƏNİB - FOTO

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir.

İdman.biz xəbər verir ki, bu gün həlledici mərhələnin ilk oyunu baş tutub.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası fasiləyə bir xal öndə yollanıb. 3-cü dövrədə daha yaxşı oynayan "ağ-qaralar" 6 xallıq fərq əldə etsələr də, "Sabah" vəziyyəti öz xeyrinə dəyişə bilib. Hassani Qravett 43 xalla 94:89 hesablı qələbədə böyük rol oynayıb. "Neftçi"nin heyətində isə ən məhsuldar basketbolçu 21 xalla Vante Rose olub.

Azərbaycan Basketbol Liqası
Final, 1-ci oyun
2 may
19:00. “Sabah” – “Neftçi” - 94:89 (19:15, 17:20, 20:27, 38:27)

Bakı İdman Sarayı

İdman.biz

Məqalədə: